“Qazilərdən ibarət teatr Anım günü ilə bağlı bədii kompozisiya nümayiş etdirib - FOTO

“Qazilərdən ibarət teatr Anım günü ilə bağlı bədii kompozisiya nümayiş etdirib - FOTO

Hazırda oxunan: “Qazilərdən ibarət teatr Anım günü ilə bağlı bədii kompozisiya nümayiş etdirib - FOTO

96120

Qazilərdən ibarət “Mübarizlər” teatrı Anım günü ilə bağlı "Qarabağ Azərbaycandır!" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirib.

Bizim.Media report-a istinadən xəbər verir ki, tamaşa Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil edilib.

Tamaşada A.İsgəndərov adına xalq teatrının aktrisası Güldərən Azayeva və başqaları iştirak ediblər.

Mərasimin rəsmi hissəsində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, şanlı qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib.
Tədbirin yekununda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO