Şabrandakı dəhşətli qəza ilə bağlı YENİ XƏBƏR / FOTO 

Şabrandakı dəhşətli qəza ilə bağlı YENİ XƏBƏR / FOTO 

Hazırda oxunan: Şabrandakı dəhşətli qəza ilə bağlı YENİ XƏBƏR / FOTO 

95491

Bakı-Quba yolunun Şabrandan keçən hissəsində baş verən dəhşətli qəza ilə bağlı cinayət məcəlləsinin 263.2 maddəsilə cinayət işi açılıb.

Bizim.Media-nın Şimal bürosonun məlumatına görə, qəzanı törədən sürücülərdən biri, Şabran şəhər sakini, 60 yaşlı Seyid Seyidov rayon xəstəxanasının reanimasiya şöbəsində müalicə olunduğundan, hələ onu dindirmək mümkün olmayıb.

MÖVZU İLƏ BAĞLI:

Şabrandakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı


Qeyd edək ki, dəhşətli qəza zamanı Seyid Seyidovun idarə etdiyi mikroavtobusla Sumqayıt şəhər sakini, 30 yaşlı Xalidə Haşımovanın idarə etdiyi "Chevrolet Cruz" markalı avtomobil toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 16 nəfər yaralanıb, 1 nəfər isə ölüb.  

Qəza hər iki avtomobil Bakı istiqamətində hərəkətdə olarkən yanaşı toqquşma nəticəsində qeydə alınıb.

Təyin ediləcək avtotexniki ekspertizanın verəcəyi rəy qəzaya hansı avtomobilin sürücüsünün səbəb olduğunu ayırd edəcək.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO