Yaqub Eyyubov erməni həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

Yaqub Eyyubov erməni həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

Hazırda oxunan: Yaqub Eyyubov erməni həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

95434

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla Moskvada MDB İqtisadi Şurasının 95-ci iclası çərçivəsində qısa danışıq aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mher Qriqoryanın ofisindən “Sputnik Armenia”ya bildirilib. 

“Bir neçə dəqiqə ayaqüstə davam edən söhbət qeyri-rəsmi formatda və Ermənistan-Azərbaycan sərhədində baş verən son hərbi toqquşmalar mövzusunda aparılıb”, - Qriqoryanın ofisindən deyilib.

15.22

Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşüb. 

Bizim.Media xəbər verir ki, “ayaqüstü söhbət” Moskvada MDB İqtisadi Şurasının dar tərkibdə keçirilən iclasından sonra yaranmış fasilə zamanı baş tutub. 

Yaqub Eyyubovla Mher Qriqoryan arasında dörd dəqiqəyə yaxın söhbət olub. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO