Ukrayna Milli Qvardiyasının 118 hərbçisi, 9 polis və 9 sərhədçi Rusiya əsirliyindən azad edilib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Daxili İşlər Nazirliyinin Telegram kanalı yayıb.
Mənbə yazır ki, azad edilənlər arasında Ukrayna uğrunda döyüşən və ölümlə hədələnən 10 əcnəbi də var. Onlardan biri də Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı Rüstəm Babayev Arif oğludur.
Qeyd edək ki, Türkiyədə baş tutan mübadilə çərçivəsində 215 ukraynalı döyüşçü azad edilib.
Mübadilə prosesində Ukrayna prezidenti Volodimir Zelenskinin adından daxili işlər naziri Denis Monastırski və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov iştirak edib.
Prezident Aparatı bildirib ki, Ukraynanın 200 müdafiəçisi xalq deputatı, “Ömürlük Müxalifət Platforması”nın liderlərindən biri və Rusiya prezidenti Vladimir Putinin xaç atası Viktor Medvedçuka dəyişdirilib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:24 / 22.09.2022
Moskvanın Kiyevə qaytardığı əsirlər arasında azərbaycanlı da var
Hazırda oxunan: Moskvanın Kiyevə qaytardığı əsirlər arasında azərbaycanlı da var
Hazırda oxunan: Moskvanın Kiyevə qaytardığı əsirlər arasında azərbaycanlı da var
95139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.