UNESCO-nun qarşısında mədəni irsimizin dağıdılmasını əks etdirən aksiya keçirilir

UNESCO-nun qarşısında mədəni irsimizin dağıdılmasını əks etdirən aksiya keçirilir

Hazırda oxunan: UNESCO-nun qarşısında mədəni irsimizin dağıdılmasını əks etdirən aksiya keçirilir

94837

Parisdə UNESCO-nun mənzil qərargahında “Mədəniyyətlərarası Dialoqun Yaradılması” mövzusunda tədbir keçirildiyi vaxt qurumun qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən sərgi xarakterli üçgünlük aksiya başlayıb.

Bizim.Media xəbər verir ki, aksiya Sərhədsiz ədalət və Hüquqlar (JUSTICE ET DROITS SANS FRONTIÈRES) Assosiasiyası tərəfindən təşkil olunub.

Təşkilatçılar uzun illər Ermənistan ərazisində Azərbaycan xalqına qarşı sistemli şəkildə yürüdülmüş deportasiya, etnik təmizləmə, soyqırımı və Azərbaycan xalqının mədəni irsinə qarşı kultursid siyasəti nəticəsində insan hüquqları sahəsində qəbul edilmiş çoxsaylı beynəlxalq müqavilələrdə əksini tapmış norma və qaydaların pozulmasına etiraz etdiklərini bildirirlər.

Həmçinin, əsas vəzifəsi dünya mədəni irsini qorumaq olan UNESCO-nun Ermənistanda Azərbaycan tarixi və mədəni abidələrinin dağıdılmasına laqeyd qalmasına da etiraz etdiklərini qeyd edirlər.

Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan tarixi və mədəni irsinə qarşı vandalizm siyasəti aparmaqla, tarixi və mədəni irsimizin tamamilə məhv etdiyini yerli sakinlərə göstərirlər.

Aksiyanın əsas məqsədlərindən biri də Ermənistanın Azərbaycan şəhərlərinə və mədəniyyətinə qarşı apardığı urbisid və kultursid siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Təşkilatçılar Ermənistanın bərpa işləri adı altında Azərbaycanın mədəni abidələrinin digər xalqlara aid olması kimi tarixi saxtalaşdırdıqları haqqında ziyarətçilərə məlumat verirlər. 

Aksiyada Ermənistanda, xüsusilə də İrəvanda dağıdılmış Azərbaycanın tarixi və mədəni irs abidələrinin əvvəlki şəkilləri ilə bərabər, bugünkü vəziyyəti də nümayiş olunur.

İrəvan şəhərində bəşər mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən azərbaycanlıların Təpəbaşı tarixi məhəlləsinin UNESCO-nun mədəni irs siyahısına salınmasını tələb edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO