Levon Ter-Petrosyan öz malikanəsində Arayik Arutyunyanla görüşdü

Levon Ter-Petrosyan öz malikanəsində Arayik Arutyunyanla görüşdü

Hazırda oxunan: Levon Ter-Petrosyan öz malikanəsində Arayik Arutyunyanla görüşdü

94826

Bu gün, sentyabrın 20-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz malikanəsində Qarabağdakı qondarma rejimin “prezidenti” Arayik Arutyunyanla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan yayıb.

Məlumata görə, Ermənistanda və Qarabağda mövcud vəziyyət, eləcə də yaxın gələcəkdə bundan irəli gələn hərəkətlər barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Levon Ter-Petrosyan ötən ilin fevralında “Sputnik Ermənistan”a verdiyi geniş müsahibədə “1997-ci ildə problemi həll etmək üçün imkan var idi. Belə ki, hansısa əraziləri Azərbaycana qaytarmaq, barışıq əldə etmək, Qarabağa aralıq status vermək, sonra isə Qarabağın yekun statusu məsələsini həll etmək imkanları var idi” fikirlərini səsləndirmişdi.

Onun sözlərinə görə, Qarabağdan olan siyasətçilər bunun az olduğunu deyib:

“Onlar fikirləşirdilər ki, hələ bir qədər də dirənmək və daha çox şey əldə etmək olar. Təkcə qarabağlılar yox, burada, mənim ətrafımda, mənim komandamda da əminliklə bu fikirdə olan insanlar var idi. Onlar bu plana getmədilər. O zaman mən dedim: yaxşı, əgər siz daha uyğun həll yolu olduğunu düşünürsünüzsə, buyurun. Mən axı qərarı poza bilmərəm. Yoxlayın, bəlkə də alındı”.

Qeyd edək ki, üstündən 25 il ötdükdən sonra Levon Ter-Petrosyanın dedikləri olduğu kimi həyata keçir. Üstəlik, bu gün Ermənistanda revanşist qüvvələri səfərbər etməyə çalışan R.Koçaryan və onun əlaltılarının Azərbaycanla münaqişənin həm başlamasında mühüm rol oynadığı, həm 1994-2020-ci illərdə həllinə imkan vermədiyi, həm də bu gün erməni xalqının şüurunu zəhərləməyə, “beynini yumağa” çalışdığı bir daha öz əksini tapır. 
Görünür, Levon Ter-Petrosyan Arayik Arutyunyana da əsil vəziyyəti başa salıb və ona “Azərbaycanın şərtlərini qəbul edin” sözlərini deyib. Yəqin “Əks halda Xankəndidə bir nəfər də erməni qalmayacaq” bəyanatını da verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO