Pelosi Ermənistanda “ağlamaq” üçün neçə milyon dollar alıb? – ŞOK RƏQƏMLƏR

Pelosi Ermənistanda “ağlamaq” üçün neçə milyon dollar alıb? – ŞOK RƏQƏMLƏR

Hazırda oxunan: Pelosi Ermənistanda “ağlamaq” üçün neçə milyon dollar alıb? – ŞOK RƏQƏMLƏR

94564

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistan səfərini başa vurub ölkəsinə qayıtdı. Spikerin səfəri 3 gün davam etsə də protokolda nəzərdə tutulduğundan bir az erkən, tələmtələsik başa çatdırıldı. 

Hər halda yarı-yarımçıq olsa da ABŞ kimi dövlətin yüksək ranqlı bir təmsilçisinin balaca və o qədər də əhəmiyyətli olmayan bir ölkədə bunca vaxt keçirməsi bir sıra maraqlı məqamları ortaya çıxarır.

Birincisi, xanım Pelosi 82 yaşında olsa da gündəm yaratmağı və gündəmdə olmağı çox xoşlayır. Nensi xanımın “selfi” edən yaşı çoxdan keçsə də poz verməkdən hələ də imtina etməyib.

İkincisi, xanım spiker “qazanmaq heç zaman gec deyil” prinsipi ilə yaşayan bir amerikalıdır. O öz səfərlərini daha çox kommersiya maraqları üzərində qurur. Və yeri gələndə dolayısı ilə bunu etiraf da edir.

Məsələn, o bu yaxınlarda qəflətən Tayvana səfər etdi. Bu səfər ABŞ-la Çin arasında az qala hərbi münaqişəyə səbəb olacaqdı. Amma spiker kritik məqamda elan etdi ki, o ABŞ dövlətinin rəsmisi kimi yox, bir vətəndaş kimi Tayvana gəlib. Bunun ardınca Ağ Ev də məlumat yaydı ki, Pelosinin səfəri rəsmi xarakter daşımır. Məhz bundan sonra tarıma çəkilmiş əsəblər bir qədər sakitləşdi. Amma bir məsələ açıq qaldı:

Əgər spikerin səfəri rəsmi xarakter daşımırdısa, bəs onda kritik məqamda bu səfəri vacib edən səbəb nə idi?

Təbii ki, şəxsi maraq. Çünki, ABŞ qanunvericiliyinə görə pulla lobbiçilik etmək qadağan deyil. Heç bir siyasi perspektivi olmayan 82 yaşlı bir qarının pul üçün lobbiçilik etməsi bu mənada heç də qəribə görünmür.
 

MÖVZU İLƏ BAĞLI:

Nensi Pelosinin İrəvan səfərində korrupsiya izi


Ermənistanla Azərbaycan arasında vəziyyətin gərgin bir vaxtında xanım Pelosinin birdən-birə İrəvanda peyda olması bu mənada başa düşüləndir. Çünki, “nənəyə pul lazımdır”. Bu pula görə də okeanın o tayından birbaşa İrəvana uçan spiker əsasən ermənilərin duyğularına hesablanmış addımlar atdı. Səfərinin ilk saatlarındaca İrəvandakı “Soyqrımı abidəsi”ni ziyarət etməsi və burda hönkürtü vurmağa cəhd etməsi (alınmasa da) göstərir ki, amerikalı spiker konkret missiya ilə İrəvana gəlib. Və bu missiya həm Paşinyanın, həm də ki, bəzi erməni oliqarxların imici üçün edilib. 

Təsadüfi deyil ki, səfərin ilk günündəcə Amerika mətbuatında Nensinin səfərinin təşkili üçün xərclənən milyonlarla bağlı şok faktlar yayıldı. ABŞ mətbuatı yazır ki, bu səfərə görə Nensi erməni icmasından ianə qismində 50, səfər xərcləri üçün 25, Paşinyanı tərifləmək üçünsə 15 milyon dollar alıb. 

90 milyon vəsait, 90-nı haqlamış birinin nəyinə lazım ola bilərdi?

Yenə də xarici mətbuatın yazdığına inanasaq, bu qədər vəsait isə Demokratlar Partiyasının növbəti seçkilərdəki uğuru üçün xərclənəcək. Bəllidir ki, ABŞ-da keçirilinən seçkilərdə çox zaman seçkinin taleyini pul həll edir. Ona görə də xanım Pelosi partiya qarşısında sonuncu sədaqətini göstərmək istəyir. Yoxsa ABŞ höküməti sadə vergi ödəyicilərinin hesabına Nensi Pelosinin İrəvan səfərinə maliyyə ayırmağa heç zaman risk etməzdi. 

Təsadüfi deyil ki, Nensinin İrəvanda poz verdiyi bir vaxtda ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng elədi. Əslində bu zəng üzrxahlıq üçün idi. Bununla da Ağ Ev söyləmək istəyirdi ki, hansısa spikerin özfəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinə kölgə sala bilməz.

Əslində, Amerikalı spiker İrəvan görüşlərində ermənilərə heç bir vəd vermədi. Bircə onu dedi ki, “Ermənistanda təhlükəsizlik, iqtisadi rifah və demokratik idarəçilik öhdəliyini xatırlatmaq üçün gəlmişəm”.

Bu acı həqiqəti Ermənistandakı əksər simalar da çox yaxşı bilir və qiymətləndirir. Məsələn, erməni teleaparıcı Lika Tumanyan Teleqram kanalında yazır ki, Amerikalı siyasətçinin səfəri fonunda ərazi itkiləri arxa plana keçdi, heç kim “800 hektar” haqda danışmır, dövlət çevrilişi üçün hərbi hissəni ələ keçirmir. 2-ci Qarabağ savaşındakı 5000 itkinin fonunda indi ölənlərin sayı az görünür və o qədər də böyük hesab edilmir.

Biz bir həftə ərzində demək olar ki, 60 km ərazimizi itirmişik, əvəzində isə Pelosinin səfərini müzakirə edirik. Uşaq eyforiyası içində unuduruq ki, İşxanasarın (Qızılcıq) strateji yüksəkliyi artıq bizə aid deyil və düşmən Cermukdan iki kilometr aralıdadır. Onları Pelosi çıxarmayacaq. Amerikalı 2 gündən sonra gedəcək, düşmən isə bizim ərazimizdə öz mövqelərində qalacaq”.
 

Müəyyən yanlışlıqları ilə bərabər Tumanyan əsl həqiqəti də söyləyir. Nensi Pelosinin 3 günlük səfəri onsuz da defolt vəziyyətində olan Ermənistan iqtisadiyyatına ancaq əlavə maddi itkilər gətirəcək. Rusiya ilə münasibətlərə isə çox böyük zərbə vuracaq. O Rusiyanın ki, Ermənistandakı hər bir erməninin yaşam qarantıdır. 


Bəs Ermənistanın faktiki ağası olan Rusiya Amerikalı spikerin bu başmaq seyirinə hansı reaksiyanı verəcək?

Bu barədə növbəti yazımızda…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO