İran prezidenti İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün bu gün sentyabrın 19-u səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb.
Bizim.Media xəbər verir ki, səfərdə onu İran rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və bir qrup hökumət üzvü müşayiət edir.
Xatırladaq ki, avqustun 16-da insan haqları təşkilatları, respublikaçılar, yəhudi fəallar və iranlı-amerikalı qrupların koalisiyası Ağ Evə məktub göndəriblər.
Məktubda onlar İranın Amerikaya qarşı təhdidlərini və İbrahim Rəisinin insan haqları pozuntularını, xüsusən də onun 1988-ci ildə kütləvi edamlardakı rolunu əsas gətirərək Baydendən ona Amerika vizası verməkdən imtina etməsini tələb ediblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:48 / 19.09.2022
İran prezidenti Nyu-Yorka getdi - BMT sessiyasında iştirak edəcək
Hazırda oxunan: İran prezidenti Nyu-Yorka getdi - BMT sessiyasında iştirak edəcək
Hazırda oxunan: İran prezidenti Nyu-Yorka getdi - BMT sessiyasında iştirak edəcək
94500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.