Cavanşir Məmmədov kürəkəni olduğu deyilən şəxsdən DANIŞDI: \

Cavanşir Məmmədov kürəkəni olduğu deyilən şəxsdən DANIŞDI: \"130 minimi mənimsəyib\"

Hazırda oxunan: Cavanşir Məmmədov kürəkəni olduğu deyilən şəxsdən DANIŞDI: \"130 minimi mənimsəyib\"

94162

Türkiyə vətəndaşı İbili Mustafa Kamal oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək həyat yoldaşı, əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın dələduzluq yolu ilə onun pullarını mənimsədiyini iddia edib.  

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.

Cavanşir Məmmədov qarşı tərəfin iddialarını yalanlayaraq, pərdəarxası məqamları üzə çıxarıb:

“İddiaçı mənəm və ərizəni polisə mən yazıb təqdim etmişəm. 8 aydır istintaq işi gedir. Ötən gün məhkəmə baş tutdu və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Mənim 130 min dollarımı mənimsəyib. Dilənçinin biridir.
Xırdalanda 032 adlı bir restoran var. İbili ora 15 min manat pul borcludur. Onun Bakıda evi vardı, amma kreditini tam ödəyib qurtarmayıb. Evə gizli gələndə tutulub. O ölkədən çıxa bilməz. Çünki çıxışına “stop” qoyulub. Əvvəlcə pulu qaytaracağına vəd verdi. Amma 8 aydır bizi aldadır və pulu vermir. 130 min dollardan cəmi 10 min dolları qaytarıb. Növbəti məhkəmə sentyabrın 29-da olacaq”.  

Sənətçi İbili Mustafa Kamal oğlunun qızı Xatirə Məmmədova ilə evli olmasına isə belə reaksiya bildirib: 

“İbili mənim qızımın həyat yoldaşı deyil. Elədirsə, rəsmi sənət ortaya çıxartsın. Özündən nələrsə uydurur və yalanlar danışır. Törətdiyi cinayətə görə onu 5 ildən 10 ilə qədər həbs gözləyir”.  
Qeyd edək ki, bu haqda ilk məlumatı "Yenisabah" saytı yayıb.  

Rəşad Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO