Şəhid Namiq Məmmədli Bərdədə torpağa tapşırılıb - FOTO 

Şəhid Namiq Məmmədli Bərdədə torpağa tapşırılıb - FOTO 

Hazırda oxunan: Şəhid Namiq Məmmədli Bərdədə torpağa tapşırılıb - FOTO 

94119

Cəbhənin Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan, Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu, Namiq Ağaməmməd oğlu Məmmədlinin cənazəsi doğulduğu, Bərdə rayon Təhlə kəndinə gətirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, onunla vida mərasimi keçirildikdən sonra şəhid Namiq Məmmədli doğulduğu kəndin qəbirstanlığında dəfn edilib. Şəhidin dəfn mərasimdə rayon rəsmiləri, şəhidin silahdaşları, doğmaları və yüzlərlə rayon sakini iştirak edir.

Qeyd edək ki, E.Məmmədli Vətən müharibəsi iştirakçısı olub.

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO