Cəlilabad şəhidi son mənzilə yola salındı - FOTO

Cəlilabad şəhidi son mənzilə yola salındı - FOTO

Hazırda oxunan: Cəlilabad şəhidi son mənzilə yola salındı - FOTO

94118

Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan əsgər Nəbiyev Hüseynalı Hikmət oğlu Cəlilabad rayonunda dəfn edilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Nəbiyev Hüseynalı rayonun Bəcirəvan kəndində dəfn edilib.  

Dəfn mərasimində şəhidin yaxınları, İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.  

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatları zamanı 71 hərbçimiz şəhid olub.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO