Şəhid Fərid Lətifov Şəkidə DƏFN EDİLDİ - FOTO

Şəhid Fərid Lətifov Şəkidə DƏFN EDİLDİ - FOTO

Hazırda oxunan: Şəhid Fərid Lətifov Şəkidə DƏFN EDİLDİ - FOTO

94061

Ermənistanın son təxribatının qarşısını alarkən şəhid olan 21 yaşlı Fərid Qiyas oğlu Lətifov axşam saatlarında Şəki şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Kiçik Dəhnə kəndindən olan şəhidin dəfn mərasimində rayon rəsmiləri, qazilər və rayon sakinləri iştirak edib.

Şəhidin cənazəsi bükülmüş Azərbaycan bayrağı atası Qiyas Lətifova təqdim olunub.

Şəhidin xatirəsinə yaylım atəşi açılıb.

Qeyd edək ki,21 yaşlı Fərid Lətifov Silahlı Qüvvələrdə müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdi.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO