Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alan zaman şəhid olmuş Elmir Hüseynovun nəşi Salyan rayonun Qaraçala qəsəbəsinə gətirilib.
Bizim.Media xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Evində vida mərasimindən sonra şəhid E. Hüseynov Qaraçala kəndinin Şəhidlər Xiyabanında dəfn edilib.
Qeyd edək ki, şəhid Elmir Abdul oğlu Hüseynov 2003-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində doğulub.
Allah rəhmət eləsin!
Elşən Feyzullayev, Bizim.Media - Cənub bürosu