Quba birincilərinə hədiyyələr verildi - FOTO

Quba birincilərinə hədiyyələr verildi - FOTO

Hazırda oxunan: Quba birincilərinə hədiyyələr verildi - FOTO

93995

Bu gün Qubanın 135 məktəb, 2 internat tipli məktəbində ilk dərslər "Qarabağ Azərbaycandır!" olub.  

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Bilik günündə ilk dərsdən sonra Qubada yeni tikilən 2 orta məktəbin birincilərinə məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edilib.

Qubanın Digah kənd və Bağbanlı qəsəbə tam orta məktəbin 1-ci sinfə gedən şagirdlərinə hədiyyələri rayon İH başçısı Ziyəddin Əliyev təqdim edib.

Onlara dərslərində uğurlar arzulayan və vətənpərvər olmağı tövsiyyə edən rayon rəhbəri tezliklə hər iki məktəbdə inşaat işlərinin başa çatdırılacağını və istifadəyə veriləcəyini deyib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO