Qadınlar bütün günü məişət işləri ilə məşğul olsalar da, bəzən onların öhdəsindən gələ bilmədikləri problemlər olur.
Moderator.az Rusiya mediasına istinadən qadınlar üçün 13 faydalı məsləhət təqdim edir.
1. Yun geyimin bədənə batmaması və yumru düyünlərin yaranmaması üçün
Hər iki problemdən eyni zamandan qurtulmaq üçün yeni alınmış "sviter"i islatmaq və qatlayaraq 10 saat soyuducunun dondurucusunda saxlamaq lazımdır. Donu açmaq üçün isti suya salınıb istifadə etmək olar.
2. Geyimdə pis qoxunun aradan qaldırılması üçün.
Bunun üçün araqla suyu 1-in 3-ə miqdarında qarışdırıb geyimin üzərinə fısqırtmaq lazımdır. Xoşagəlməz qoxu dərhal aradan qalxır.
3. Paltardan tonlaşdırıcı krem ləkəsini təmizləmək üçün
Paltarı yumazdan əvvəl həmin ləkənin üzərinəxa0üz qırxmaq üçün istifadə olunan köpük vurmaq lazımdır.
4. Dodaq boyası ləkəsini necə silmək olar?
Saç lakını ləkənin üstünə vurub gözləyin.xa0
5. Zamşa ayaqqabını təmizləmək üçünxa0yumşaq dırnaq bıçağından istifadə etmək lazımdır.
6. Dəri ayaqqabının üzərində yaranan ağ ləkələr.
Qarın və duzun yaratdığı bu ləkələri təmizləmək üçün yumşaq diş fırçası vasitəsilə su və sirkənin (2/1 miqdarında) qarışığından istifadə etmək lazımdır.
7. Laklı ayaqqabının əvvəlki vəziyyətini bərpa etmək üçün
Ayaqqabının sürtülmüş yerlərini vazelinə batırılmış pambıqla silmək lazımdır. Parıltı vermək üçün isə şüşəsilən maddədən istifadə edin.
8.xa0Qopmuş düyməni yerinə bərkitmək üçünxa0
Æx8fgÉ™r düymÉ™ sallanırsa onun ipinÉ™ ÅŸÉ™ffaf lak vurub yerinÉ™ bÉ™rkidin.
9. Eynəyin vintixa0boşalıbsa, yenə də dırnaq üçünxa0şəffaf lak vasitəsilə onun yerini bərkidə bilərsiniz.
10. Yağlı ləkənixa0tez aradan qaldırmaq üçün qab yuyucu maddələrdən istifadə edin. Bir qədər ləkənin üzərinə sürtmək lazımdır. Digər yollar isə ləkənin üzərinə dərhal süfrə duzu və ya kiçik miqdarda təbaşir töküb bir saat saxlayıb sonra təmizləyin.
11. Geyimin "zamoku" ilişirsə,xa0onu pambıqlı çubuqla vazelinləyin.xa0
12. Paltardakı tər ləkələrindən qurtulmaqxa0üçün limon suyu və ya qida sodasından istifadə etmək mümkündür. Limon suyunu adi su ilə qarışdırın ləkənin üzərini silin. Daha çətin gedilən ləkələr üçün isə soda ilə suyun qarışığını həmin yerin üzərinə çəkib gözləmək və yaxalayaraq yumaq lazımdır. Hətta aspirin və perekis də bu hallarda yardımçınız ola bilər.

13. İdman ayaqqabılarından gələn xoşagəlməz qoxuları aradan qaldırmaq üçünxa0onun içinə bir qədər soda tökün. Bir qədər saxladıqdan sonra təmziləyə bilərsiniz.

- A-
- A
- A+
19:43 / 05.09.2015
Qadınların 13 probleminin həlli - faydalı məsləhətlər
Hazırda oxunan: Qadınların 13 probleminin hÉ™lli - faydalı mÉ™slÉ™hÉ™tlÉ™r
Hazırda oxunan: Qadınların 13 probleminin hÉ™lli - faydalı mÉ™slÉ™hÉ™tlÉ™r
93989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































