MN:

MN: "Azərbaycan Ordusunun mülki infrastrukturu hədəfə alması yalandır"

Hazırda oxunan: MN: "Azərbaycan Ordusunun mülki infrastrukturu hədəfə alması yalandır"

93855

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur. Bu qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır".

Bizim.Media xəbər verir ki, bunu Ermənistanla sərhədindəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenanat Anar Eyvazov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyindən YENİ MƏLUMAT: Laçın minaatanlardan atəşə tutulur


O bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. "Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır", - Anar Eyvazov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO