Kök almaqla varlandı - FOTO

Kök almaqla varlandı - FOTO

Hazırda oxunan: Kök almaqla varlandı - FOTO

9383

Britaniyalı Martin Qilbinin kök almağı onun varlanmağına səbəb olub.

Bizim.Media "Daily Star"a istinadən xəbər verir ki, 50 yaşlı Martin Qilbi gözlənilmədən varlanıb.

Belə ki, həyat yoldaşı ilə şam yeməyi hazırlayarkən tərəvəzlərdən birini unutduqları üçün Martin mağazaya getməli olur.

Kart ödənişinə qoyulan minimal alış-veriş 3 funt (təxminən 7 manat) olduğu üçün Martin köklə birlikdə lotoreya bileti də alır.

Evə qayıdanda bileti gödəkçəsinin cibində unutsa da, səhər yadına düşür və aydın olur ki, 119 min 151 (277 min 621 manat) funt məbləğində uduşun sahibidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO