Erməni təxribatları nəticəsində şəhid olan Hüseynov Ziyarət Mayıl oğlu nu gün Biləsuvarda dəfn olunub.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, şəhid doğulduğu Amankənd kənd qəbirstanlığda torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, şəhid Z. Hüseynov 15 may 1994 - ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Z. Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin sıralarında gizir kimi xidmət edirdi.
Şəhid Z.Hüseynov ailəli idi, 2 yaşlı oğul övladı yadigar qaldı.
Xatırladaq ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:25 / 14.09.2022
Şəhid Ziyarət Hüseynov son mənzilə yola salındı - FOTO
Hazırda oxunan: Şəhid Ziyarət Hüseynov son mənzilə yola salındı - FOTO
Hazırda oxunan: Şəhid Ziyarət Hüseynov son mənzilə yola salındı - FOTO
93764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.