Baş Prokurorluqdan jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT

Baş Prokurorluqdan jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT

Hazırda oxunan: Baş Prokurorluqdan jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT

93557

Azərbaycanın Baş Prokurorluğu media nümayəndələrinə və sosial media istifadəçilərinə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu müraciət Baş Prokurorluğun yaydığı məlumatda yer alıb. 

"Ermənistanın təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları məqsədilə Azərbaycanın Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülür.

Media nümayəndələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur", - müraciətdə qeyd olunub.

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO