Göygöl Olimpiya Kompleksi Avropa Kubokuna ev sahibliyi edəcək - FOTO

Göygöl Olimpiya Kompleksi Avropa Kubokuna ev sahibliyi edəcək - FOTO

Hazırda oxunan: Göygöl Olimpiya Kompleksi Avropa Kubokuna ev sahibliyi edəcək - FOTO

93505

Azərbaycanın ilk dəfə ev sahibliyi edəc’yi cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Azərbaycan Cüdo Federasiyasının Qərb Regionu üzrə koordinatoru Müzadil Həsənov məlumat verib. 

O bildirib ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarışlar 6-7 may 2023-cü ildə təşkil olunacaq: 

“Bildiyiniz kimi bu vaxta qədər Göygöl Olimpiya Kompleksi bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. Beynəlxalq yarışların təşkilində və keçirilməsində yetərincə təcrübə var və ümid edirəm ki, gələn il keçirilməsi nəzərdə tutulan cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yüksək səviyyədə təşkil olunacaq”.
M.Həsənov qeyd edib ki, Avropa Kuboku regionda təşkil edilən ilk rəsmi beynəxalq statuslu yarışdır, bunun təşkili üçün Göygöl Olimpiya kompleksinin seçilməsi qürurverici haldır.

Məqsəd Rəhimov Bizim. Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO