Sosial şəbəkədə narkotik təbliğ edən şəxs həbs edildi - VİDEO

Sosial şəbəkədə narkotik təbliğ edən şəxs həbs edildi - VİDEO

Hazırda oxunan: Sosial şəbəkədə narkotik təbliğ edən şəxs həbs edildi - VİDEO

9340

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Coşqun Məmmədli tutulub.

Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.

Saxlanılan C.Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Şirvan şəhər Məhkəməsinin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO