Azərbaycan 2022-ci ildə qaz ixracından nə qədər qazancaq? – İlham Şabanın HESABLAMASI

Azərbaycan 2022-ci ildə qaz ixracından nə qədər qazancaq? – İlham Şabanın HESABLAMASI

Hazırda oxunan: Azərbaycan 2022-ci ildə qaz ixracından nə qədər qazancaq? – İlham Şabanın HESABLAMASI

93349

Dünyada enerji böhranının miqyası genişləndikcə, Azərbycan qazına olan maraq və tələbat da buna paralel olaraq artmaqdadır. Bunun nəticəsidir ki, ötən illərlə müqayisədə Azərbaycanın qaz ixracından əldə etdiyi gəlir də dəfələrlə artıb. 

Ümumilikdə, Azərbaycanın qaz ixracı ilə bağlı rəsmi statistik göstəricilərə nəzər saldıqda görə bilərik ki, 3 əsas idxalçı üzrə bölgü aparılır: Avropa, Türkiyə və Gürcüstan. Azərbaycan qazının alıcısı olan Avropa ölkələri isə Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. 
Energetika Nazirliyinin bu ilin ilk 6 ayı üçün hesabatında göstərilib ki, Azərbaycanın ümumi qaz ixracının həcmi 11,2 milyard kubmetr olub. Bunun 5,4 milyardı Avropa, 4,3 milyardı Türkiyə, 1,5 milyardı isə Gürcüstana satılıb.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban qeyd edib ki, 2022-ci il üçün Azərbaycanın ümumi qaz hasilatının 22 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qazı Avropanı böhrandan xilas edə biləcəkmi? – İlham Şabanın ŞƏRHİ


“Bunun 11 milyard kubmetrə yaxını Avropa, 8 milyarddan çoxu Türkiyə, 3 milyarda yaxını isə Gürcüstana satılacaq. Bu isə onu göstərir ki, 2022-ci ildə Azərbaycanın əsas satış bazarı Avropa məkanı olacaq. 2007-ci ildən ötən ilə kimi isə əsas idxalçı Türkiyə idi. Çox güman ki, sonrakı illərdə də Avropa Azərbaycan qazının əsas alıcısı olacaq. Çünki Avropaya ixrac həcmlərinin önümüzdəki illərdə 2 dəfə artırılması nəzərdə tutulur. Digər bazarlar üçün isə belə proqnozlar yoxdur”.

Avropa ölkələri içərisində isə İtaliya Azərbaycan qazının alıcıları siyahısında əsas yerin sahibidir. Belə ki, 2022-ci ildə bu ölkəyə Azərbaycandan 9,5 milyard kubmetr qazın hasil olunacağı gözlənilir.
Qaz ixracından əldə olunan gəlirlərə gəlincə...

Əvvəla onu qeyd edək ki, Azərbaycanın xarici ölkələrə qazı hansı qiymətlərlə satdığı rəsmi olaraq açıqlanmır.

İlham Şabanın hesablamalarına görə, bu ilin ilk 7 ayının nəticəsinə görə, ARDNF-ə “Şahdəniz” layihəsi üzrə gələn gəlirlər 8,2 milyard dollar ətrafında olub: 

“Əgər ilin sonundakən qiymətlər hazırki tempdə qalmağa davam edərsə, gəlirlərin 13 milyard dollara yaxın olacağını gözlənilir. İlk dəfə cari ildə “Şahdəniz” layihəsindən 1 milyarddan çox gəlirin əldə olunduğunu gördük. Ötən il bu layihədən 880 milyon dollar gəlir əldə olunub. Əvvəlki illərdə isə ən yaxşı göstərici 550 milyon dollar olub”.

Onu müşahidə edirik ki, ixrac həcmləri artdıqca bazardakı qiymətlərdən asılı olaraq gəlirlərimiz artıb”.
İlham Şaban qaz ixracından gələn xalis gəlirlərlə bağlı da fikirlərini bölüşüb:

“Neft Fonduna gələn gəlirlərin statistikası, bütün xərclər çıxıldıqdan sonra sırf dövlətin mənfəətini göstərir. Ümumilikdə isə “Şahdəniz”dən gələn gəlirlər olduqca yüksəkdir. 

Eyni zamanda “Şahdəniz”dən daxili tələbat üçün illik 4 milyard kubmetr qaz alınır. Təbii ki, bu qiymətlər dünya qiymətləri ilə deyil, hasilatçı və Azərbaycan hökuməti arasında əldə olunan razılaşmaya əsasən hesablanır. Onun pulu isə Azərbaycana çatmalı olan mənfəət hesabına ödənilir.

Digər tərəfdən, SOCAR-ın özü də “Şahdəniz” konsorsiumunun iştirakçısıdır və ona çatan gəlirlər açıqlanmır. Eyni zaman “Şahdəniz” konsorsium olaraq mənfəət vergisi də ödəyir ki, bu da 25% həddindədir. Lakin bu rəqəmlərlə bağlı da ictimaiyyətə rəsmi məlumat verilmir”.
Lakin Gömrük komitəsinin hesabatına görə, bu ilin ilk 7 ayı ərzində 12,7 milyard kubmetr Azərbaycan qazı xaricə ixac olunub. Əldə olunan gəlir isə 8,2 milyarddır.

Bu isə, hər min kubmetr qaz ixracından əldə olunan gəlirin 640 dollara yaxın olduğunu deməyə əsas verir.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO