SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış və müvəqqəti qarşısı alınmış qaz sızmalarının ləğvi məqsədilə, 13.09.2022-ci il tarixdə saat 08:30-dan etibarən "İmişli" və "Otuzikilər" QPS-lərdən qaz təchizatının dayandırılması və təmir işlərinin aparılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya verilən məlumata görə, təmir işləri görülən müddətdə İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonunun Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:08 / 12.09.2022
Bu rayonlarda təbii qaz KƏSİLƏCƏK
Hazırda oxunan: Bu rayonlarda təbii qaz KƏSİLƏCƏK
Hazırda oxunan: Bu rayonlarda təbii qaz KƏSİLƏCƏK
93332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.