Ali məktəblərə əlavə yerləşdirmə ilə bağlı YENİ XƏBƏR 

Ali məktəblərə əlavə yerləşdirmə ilə bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Ali məktəblərə əlavə yerləşdirmə ilə bağlı YENİ XƏBƏR 

93318

12 sentyabr saat 12:00-da ali təhsil pilləsinin bakalavr səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, müraciətçilər //portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Qeydiyyat prosesi 19 sentyabr saat 23:59-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO