Milli Məclis sədri Daşkənddə Heydər Əliyev Meydanını gəzdi - FOTO

Milli Məclis sədri Daşkənddə Heydər Əliyev Meydanını gəzdi - FOTO

Hazırda oxunan: Milli Məclis sədri Daşkənddə Heydər Əliyev Meydanını gəzdi - FOTO

93025

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 9-da Daşkənddə Heydər Əliyev Meydanında olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, sədr Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri, Özbəkistan parlamentinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlı icmasının təmsilçiləri Meydanda ucaldılan Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, cari il iyunun 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri zamanı Azərbaycan və Özbəkistan dövlət başçılarının iştirakı ilə Heydər Əliyev Meydanının açılışı olub.

Bu meydanın yaradılması dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Daşkəndin Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşən Meydanın ətrafındakı binalar abadlaşdırılıb, ərazisi tamamilə yenidən qurulub. Burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb. Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən Meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO