Cəlilabaddakı ağır qəzada ölənlərin sayı 2-yə çatdı - YENİLƏNİB

Cəlilabaddakı ağır qəzada ölənlərin sayı 2-yə çatdı - YENİLƏNİB

Hazırda oxunan: Cəlilabaddakı ağır qəzada ölənlərin sayı 2-yə çatdı - YENİLƏNİB

92860

Cəlilabad rayonunda yol qəzasında ölənlərin sayı ikiyə çatıb.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki,  qəzada yaralanan 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu da vəfat edib.

Qeyd edək ki, digər 3 yaralı Masallı rayonunda yerləşən özəl xəstəxanaya köçürülüb.

***09.50

Xəbər verdiyimiz kimi, Cəlilabadda ağır yol qəzası baş verib.

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri - 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu, 1992-ci il təvəllüdlü Talıbova Vüsalə, 2010-cu il təvəllüdlü Talıbov Məcid Ramiz oğlu və 2008-ci il təvəllüdlü Talıbov Yusif Ramiz oğlu xəsarət alıb, 1954-cü il təvəllüdlü Talıbova Zümrüd Əlibəy qızı isə vəfat edib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.  

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, qəza hadisəsi rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO