Bakıda yük maşını ilə minik avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

Bakıda yük maşını ilə minik avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

Hazırda oxunan: Bakıda yük maşını ilə minik avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

92592

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobili toqquşub, minik avtomobilində 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO