Gəncənin yoxa çıxan simvolik gerbindən XƏBƏR VAR - RƏSMİ – FOTO  

Gəncənin yoxa çıxan simvolik gerbindən XƏBƏR VAR - RƏSMİ – FOTO  

Hazırda oxunan: Gəncənin yoxa çıxan simvolik gerbindən XƏBƏR VAR - RƏSMİ – FOTO  

92068

Gəncənin Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən simvolik gerbi güclü külək nəticəsində aşaraq zərər görüb. Sonradan isə gerb yoxa çıxıb.

Bizim.Media-nın yerli bürosuna Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) mətbuat xidmətindən bu məsələ ilə bağlı açıqlama verilib.

Qurumdan bildirilib ki, güclü külək nəticəsində 6 metr hündürlükdən aşan gerbə baxış zamanı simvolların bəzilərinin yararsız hala düşdüyü aşkar olunub.

Məlumatda qeyd olunur ki, onun yerində restavrasiya olunması mümkün olmadığı üçün gerb Gəncə şəhər İcra Hakimiyyəti MKTİB xüsusi texnikaları vasitəsilə, əsaslı təmir məqsədilə qurumun emalatxanasına aparılıb.
Eyni zamanda, vurğulanıb ki, artıq bir müddətdir ki, mütəxəssilərin rəyi əsasında MKTİB-nin əməkdaşları tərəfindən gerbin əsaslı təmir olunması istiqamətində iş aparılır və proses son mərhələdədir.

Açıqlamada deyilir ki, gerbin bərpasına lazım olan materiallar alınıb və xüsusi sənətkarlar cəlb olunub. Hazırda gerbin rənglənməsi işləri aparılır və yaxın vaxtlarda o, əvvəlki yerinə yerləşdiriləcək.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO