Paytaxtda arvadının bıçaqlayaraq öldürdüyü ər tanınmış məşqçi olub – FOTO  

Paytaxtda arvadının bıçaqlayaraq öldürdüyü ər tanınmış məşqçi olub – FOTO  

Hazırda oxunan: Paytaxtda arvadının bıçaqlayaraq öldürdüyü ər tanınmış məşqçi olub – FOTO  

91746

Xəbər verdiyimiz kimi, bu gün saat 12 radələrində Bakı şəhər Xətai rayonu ərazisində qadın ərini qətlə yetirib.  

Bizim.Media xəbər verir ki, hadisənin bəzi təfərrüatları bəlli olub. 

35 yaşlı Əfsanə Qalabəyli həyat yoldaşı, 1974-cü il təvəllüdlü Nurani Qalabəylini ailə münaqişəsi səbəbindən qətlə yetirib. 

“Qafqazinfo.az”ın məlumatına görə, N.Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, “Sərhədçi” idman kompleksində çalışırmış. 

Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır. 

Qonşuların bildirdiyinə görə, Ə.Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə vaxtı N.Qalabəyli qan içində evi tərk etməyə çalışsa da, buna nail ola bilməyib. Qətldən sonra ağır psixoloji durumda olan qadın qışqıraraq ətrafa qaçmağa başlayıb. 
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO