Qəbələdə meşəlik ərazidə YANĞIN BAŞLADI

Qəbələdə meşəlik ərazidə YANĞIN BAŞLADI

Hazırda oxunan: Qəbələdə meşəlik ərazidə YANĞIN BAŞLADI

91594

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bizim.Media FHN-nə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə yanğınla mübarizə tədbirlərinə əlavə olaraq Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO