Laçın aeroportunun görüntüləri yayıldı – VİDEO

Laçın aeroportunun görüntüləri yayıldı – VİDEO

Hazırda oxunan: Laçın aeroportunun görüntüləri yayıldı – VİDEO

91300

Xəbər verdiyimiz kimi, Laçın rayonunun Qorçu kəndində Beynəlxalq Hava Limanı inşa edilir. Bu, artıq işğaldan azad edilən ərazilərdə tikilən 3-cü aeroportdur.

Bizim.Media xəbər verir ki, “Azerbaijan 7/24” Telegram kanalı aeroportda torpaq işlərinin həyata keçirildiyi ilə bağlı kadrlar yayımlayıb.

Qeyd edək ki, aeroportun 2024-cü ildə istifadəyə veriləcəyi gözlənir. Füzulidə tikilən ilk hava limanının rəsmi açılışı ötən il oktyabrın 26-da baş tutub.

Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Zəngilan aeroportunun inşası isə bu ilin sentyabrında tamamlanacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO