Sabiq nazir Bakıda \

Sabiq nazir Bakıda \"əl yandıran\" QİYMƏTLƏRDƏN GİLEYLƏNDİ

Hazırda oxunan: Sabiq nazir Bakıda \"əl yandıran\" QİYMƏTLƏRDƏN GİLEYLƏNDİ

90982

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyev Bakıda ictimai iaşə obyektlərində qiymətlərin baha olmasını tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb:

“Yüksək materiyanı bir tərəfə qoyaq. Həm də Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyinməlidirlər.

Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir.
Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər.

Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir…”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO