Çəyirtkə Kamilə ilə ərinə qorxu dolu anlar yaşatdı, köməyə qızı gəldi - VİDEO

Çəyirtkə Kamilə ilə ərinə qorxu dolu anlar yaşatdı, köməyə qızı gəldi - VİDEO

Hazırda oxunan: Çəyirtkə Kamilə ilə ərinə qorxu dolu anlar yaşatdı, köməyə qızı gəldi - VİDEO

90898

Məşhur teleaparıcı Kamilə Babayeva qorxu dolu anlar yaşayıb. 

Bizim.Media xəbər verir ki, aparıcı həyat yoldaşı İbrahim Rzabəyov ilə bağ evində olduğu zamanı terrasın tavanına böyük çəyirtkə qonub.  

Ər-arvad həşəratdan qorxduğu üçün evdən bağçaya çıxa bilməyib. Onların köməyinə isə qızları Natella gəlib.

Qızlarına göstəriş verən valideyinlər əlindəki döşəmə taxtası ilə çəyirtkəni tavandan qovmağını istəyiblər.

Döşəmə taxtası işə yarasa da çəyirtkə tavandan hoppanaraq “lejanka”nın içinə düşüb. Bunu görən Kamilə qızına deyib ki, “lejanka”nı çevirsin və həşəratı oradan da qovsun”.  

Ancaq Natella çəyirtkəni orda tapmayıb.

K.Babayeva baş verənləri çəkərək sosial şəbəkə hesabında paylaşıb və “Yüz faiz Natelladan qorxub, qaçdı” şərhini yazıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO