Makron Əlcəzairdə etirazlarla qarşılandı - VİDEO

Makron Əlcəzairdə etirazlarla qarşılandı - VİDEO

Hazırda oxunan: Makron Əlcəzairdə etirazlarla qarşılandı - VİDEO

90762

Fransa Prezidenti Emmanuel Makron Əlcəzairə səfəri zamanı etirazlarla qarşılaşıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, ölkənin şimal-qərbində, Aralıq dənizi sahilində yerləşən Oran şəhərində gənclərlə ünsiyyət üçün "Disco Maghreb" adlı tarixi musiqi mağazasını ziyarət edib.

Mağazadan çıxarkən E.Makron əlcəzairlilərin etirazı ilə üzləşib. Ona qarşı müxtəlif təhqiramiz şüarlar səsləndirilib.

Görüntülərdə ağsaçlı bir şəxs Makrona, "Burdan rədd ol get, yaşasın Əlcəzair" deyib.

Xatırladaq ki, E.Makron Əlcəzair və Fransa arasında uzun sürən diplomatik böhrandan sonra bu ölkəyə səfəri zamanı müstəmləkə dövrü arxivləri üzərində işləmək üçün birgə komitə yaratmağı qərara aldıqlarını və bu komitənin tərkibinə iki ölkənin tarixçilərinin də daxil olacağı barədə məlumat verib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO