Avroliqanın qrupunda oyunlar nə vaxtdır?

Avroliqanın qrupunda oyunlar nə vaxtdır?

Hazırda oxunan: Avroliqanın qrupunda oyunlar nə vaxtdır?

90584

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının  qrup mərhələsində “Qarabağ”ın rəqibləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, G qrupunda yer alan Qurban Qurbanovun komandası "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və  "Nant"la (Fransa) mübarizə aparacaq.

"Qarabağ" rəsmi matçlarda ilk dəfə bu klublarla üz-üzə gələcək.

Qrup mərhələsinin oyunları aşağıda qeyd edilən tarixlərdə keçiriləcək: 

1-ci tur: 8 sentyabr 

2-ci tur: 15 sentyabr 

3-cü tur: 6 oktyabr 

4-cü tur: 13 oktyabr 

5-ci tur: 27 oktyabr 

6-cı tur: 3 noyabr 

Oyunlar Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlanacaq. Oyunların təqviminin bu gün ərzində açıqlanacağı gözlənilir.

Qrupun qalibi 1/8 finala vəsiqə qazanacaq. Qrup ikincisi isə pley-off-da (1/16 final) oynayacaq. Burada rəqib Çempionlar Liqasının qrup üçüncüsü olan komanda olacaq.

Avroliqada qrup üçüncüsü isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində (1/16 final) davam etdirəcək. Rəqib KL-də öz qrupunda ikinci yeri tutan 8 komandadan biri olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO