Bu gün kişi voleybolçular arasında Dünya Çempionatına START VERİLƏCƏK  

Bu gün kişi voleybolçular arasında Dünya Çempionatına START VERİLƏCƏK  

Hazırda oxunan: Bu gün kişi voleybolçular arasında Dünya Çempionatına START VERİLƏCƏK  

90551

Bu gün Polşa və Sloveniyada kişi voleybolçular arasında dünya çempionatına start veriləcək. 

Bizim.Media xəbər verir ki, əvvəlcə yarışın Rusiyada keçirilməsi nəzərdə tutulmuşdu.

Sonra Beynəlxalq Voleybol Federasiyası (FIVB) Rusiyanı ev sahibliyindən məhrum etmişdi.

Çempionatın ilkin mərhələsində 24 komanda 6 qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan və 4 ən yaxşı üçüncü pillənin sahibi növbəti mərhələyə adlayacaq. 16 komanda yenidən 4 qrupa bölünəcək.
Qrup qalibləri və ən yaxşı nəticə göstərmiş 2 ikinci pilləni sahibi çıxışını davam etdirəcək. Daha sonra 6 komanda iki qrupda mübarizə aparacaq.

Qrupda ilk iki pillədə yer alan komandalar yarımfinala yüksələcək. Çempionatın final oyunu sentyabrın 11-də keçiriləcək.

Oyunlara Polşanın Katovitse və Qlivitse, Sloveniyanın isə Lyublyana şəhərləri ev sahibliyi edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO