Müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu ilə bağlı YENİ XƏBƏR  

Müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu ilə bağlı YENİ XƏBƏR  

Hazırda oxunan: Müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu ilə bağlı YENİ XƏBƏR  

90522

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi yekunlaşır.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, vakansiya seçimi proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada təşkil olunub.

Namizədlər avqustun 26-sı saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Əlavə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Qeyd edək ki, vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün təqvim ili ərzində müsahibələrin həyata keçirilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO