HDQ komandanından

HDQ komandanından "Dəniz kuboku"nun qaliblərinə TƏBRİK

Hazırda oxunan: HDQ komandanından "Dəniz kuboku"nun qaliblərinə TƏBRİK

90463

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov "Dəniz kuboku" müsabiqəsinin qaliblərini təbrik edib.

Bizim.Media xəbər verir ki, o, on gün davam edən müsabiqənin uğurla başa çatdığını bildirib.

"Müsabiqədə ən böyük qələbəmiz dostluqda, hərbi əməkdaşlıqda yeni zirvələr fəth etməyimiz oldu. Mən müdafiə naziri general-polkovnik Zakir Həsənov və öz adımdan qalibləri, qonaqları, media nümayəndələrini təbrik edirəm.
Vurğulamaq istəyirəm ki, iki il öncə 30 il həsrətində qaldığımız tarixi torpaqlarımızı da geri qaytardıq. Arzu edirəm ki, dünyada hər zaman sülh və əmin-amanlıq hökm sürsün.

Əminəm ki, biz qələbəmizi tək döyüşlərdə deyil, bu cür müsabiqələrdə, yarışlarda da qazanacağıq", - S.Bəkirov deyib.

Qeyd edək ki, bu gün Bakıda "Dəniz kubokunun" bağlanış mərasimi keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO