“20 yanvar hadisələri Azərbaycan xalqının nə qədər qanlı səhifəsi olsa da, həm də şanlı tarixidir. Çünki həmin tarix Azərbaycan xalqının mətanətini, cəsarətini, ləyaqətini göstərən, qürur mənbəyi olan bir gündür.”
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Eldar İbrahimov səsləndirdi.
Milli Məclisin üzvü o vaxtlar Naxçıvanda işlədiyini dedi:
“1990-cı ilin 19 yanvar tarixində Sovet ordusunun Bakıya daxil olduğunu bildik. O vaxtlar Naxçıvan Ali Sovetinin sessiyası çağırıldı. Sessiyada Naxçıvan Muxtar Respublikası (MSSR) Sovet hökumətinin tərkibindən çıxdı. Bu, böyük sensasiya oldu. Bununla əlaqədar Ali Sovetin qərarı hazırlandı, həmin qərar yaxın ölkələrə aparıldı".
"Mən də Naxçıvan Ali Sovetinin deputatı idim və qərarı Türkiyəyə, İrana aparmaq tapşırığı almışdıq. O zamanlar “Xalq cəbhəsi” ilə “Kommunist” partiyası arasında ayrı-seçkilik yox idi, çünki hamı birləşmişdi.”
Millət vəkili 31 il əvvəlki çıxışını da xatırlatdı:
“Bildirdim ki, Türkiyə və Azərbaycan arasında 1921-ci ilin 13 oktyabrında Qars müqaviləsi imzalanıb. Sazişə əsasən, Türkiyə Naxçıvanı qorumalıdır. Türk qardaşlarımızı köməyə çağırırıq. Çünki sovet hərbi maşını Naxçıvanı da əzməyi planlaşdırırdı.
Yadımdadır ki, SSRİ Müdafiə Nazirliyinin Varenikov soyadlı qərargah rəisi var idi. Naxçıvana gəlib, Bakıdakı hadisəni, qətliamları muxtar respublikada da törətmək istəyirdi. Lakin Bakıda baş verənlər Naxçıvanda yaşanmadı, çünki biz vaxtında etiraz etdik, SSRİ-nin tərkibindən çıxdıq.
Bu hadisələr onu göstərir ki, insanlar öz ləyaqətini, iradəsini, vətənə olan sevgisini göstərdi. Xalq o boyda sovet ordusunun hərbi maşınlarının qabağına çıxdı, qəhrəmanlıq, şücaət göstərdilər. Biz də Naxçıvanda öz mövqeyimizi nümayiş etdirdik”.
Eldar İbrahimov sonda bir daha təkrarladı ki, 20 yanvar hadisəsi Azərbaycanın şanlı tarixində daim qəhrəmanlıq, mərdlik simvolu kimi qorunub və bundan sonra da yaşadılacaq.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:00 / 20.01.2021
Eldar İbrahimov: “20 yanvar hadisəsi Naxçıvanda da təkrarlanacaqdı”
Hazırda oxunan: Eldar İbrahimov: “20 yanvar hadisəsi Naxçıvanda da təkrarlanacaqdı”
Hazırda oxunan: Eldar İbrahimov: “20 yanvar hadisəsi Naxçıvanda da təkrarlanacaqdı”
9031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.