Lənkəran icra başçısının sabiq müavininin cinayət işi məhkəməyə göndərildi

Lənkəran icra başçısının sabiq müavininin cinayət işi məhkəməyə göndərildi

Hazırda oxunan: Lənkəran icra başçısının sabiq müavininin cinayət işi məhkəməyə göndərildi

90037

Xəbər verildiyi kimi, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə Bizim.Media-ya Lənkəran rayon Prokurorluğundan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Məktəblini döyən icra başçısının müavini məcburi qaydada polisə aparıldı - ÖZƏL


İstintaqla müəyyən olunub ki, Rasilə Arifqızı 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib.

O, həmçinin vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yeniyetmənin mobil telefonunu əlindən alıb.

R. Arifqızı şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub, həmçinin ona bədən xəsarətləri yetirib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO