Bu il mayın 8-də Şəki rayon sakini A.Babayevanın (ad və soyad şərtidir) yaşadığı evin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb.
Bu barədə Bizim.Media-ya Şəki Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış istintaqla Bakı şəhər sakini S.Məmmədovun (ad və soyad şərtidir) A.Babayevaya məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı dəfələrlə hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
S.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:23 / 20.08.2022
Şəkidə qadını şantaj edən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: Şəkidə qadını şantaj edən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: Şəkidə qadını şantaj edən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
89549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.