Kanyenin geyimləri zibil torbalarda satması alıcıları QƏZƏBLƏNDİRDİ - FOTO  

Kanyenin geyimləri zibil torbalarda satması alıcıları QƏZƏBLƏNDİRDİ - FOTO  

Hazırda oxunan: Kanyenin geyimləri zibil torbalarda satması alıcıları QƏZƏBLƏNDİRDİ - FOTO  

89424

Bir neçə gündür ki, “Yeezy”, “Balenciaga” və “Gap”ın (Yeezy Gap Engineered by Balenciaga) birgə kolleksiyasının satışı səbəbindən sosial şəbəkədə repçi və iş adamı “Ye” (Kanye Uest) ətrafında qalmaqal səngimir.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, mağazalarla əməkdaşlıqdan əldə edilən əşyalar nəhəng qara çantalarda qarışdırılır və alıcılar uyğun ölçünü tapmaq üçün axtarmağa məcbur qalırlar.  

Kolleksiyadakı əşyaların qiyməti kəmər üçün 40 dollardan, “parka” üçün isə 340 dollara qədər dəyişir. Kanyenin sözlərinə görə, kolleksiyanı yaratması “evsizlər və uşaqlardan” ilham alması ilə bağlı olub.  
Amma çoxları belə bir “müştəri diqqəti”ndən razı qalmayıb, Kanyeni öz müştərilərinə hörmətsizlikdə və həqiqətən də zibilxanada və ya bit bazarında paltar axtarmalı olanları ələ salmaqda ittiham edib.  

Ötən gün Kanye “Fox News”a verdiyi müsahibəsində tənqidçilərin fikirlərinə münasibət bildirib.

O, paltarların zibil torbalarında yox, tikinti kisələrində nümayiş etdirilməsinə aydınlıq gətirib. “Mən yenilikçiyəm. Fikirlərimə görə üzr istəməyə gəlməmişəm. Medianın etməyə çalışdığı məhz budur”.  

Uest həmçinin, izləyicilərini trollamaq ittihamlarına da cavab verib:  

“Bu, zarafat deyil. Bu, oyun deyil. Bu, təkcə bir məşhurla əməkdaşlıq deyil. Bu, mənim həyatımdır. Mən paltar dəyişdirmək və insanlara ən yaxşı dizayn təklif etmək imkanı üçün mübarizə aparıram”.  

Kanye təkcə zibil torbalarını dəbli etmək qərarına gəlmədi - zibil torbaları şəklində çantalar indi “Balenciaga” tərəfindən satılır.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO