Eynulla Fətullayevin Laçın və Zabux səfərindən VİDEOREPORTAJI  

Eynulla Fətullayevin Laçın və Zabux səfərindən VİDEOREPORTAJI  

Hazırda oxunan: Eynulla Fətullayevin Laçın və Zabux səfərindən VİDEOREPORTAJI  

89356

Xəbər verdiyimiz kimi, Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev Laçın dəhlizi və Zabux kəndinə yollanıb.

Bizim.Media xəbər verir ki, kadrlarda Laçında, Zabuxda, eləcə də Laçın dəhlizində baş verənlər öz əksini tapıb.  

Belə ki, hazırda Laçında qeyri-qanuni məskunlaşmış ermənilərin oranı tərk etməsi, eləcə də gedərkən özləri ilə evlərdən söküb apardıqları qapılar, dəmir parçaları da videoda əks olunub.

Sonra çəkiliş heyəti Zabuxa yollanır. Burada infrastrukturun olduqca zəif olması, kənddə yoxsulluğun hökm sürməsi açıq şəkildə görünür. Kənd administrasiyası adlandırılan yerdə Eynulla Fətullayevə Livan ermənisi Andranik Çavuşyan, eləcə də hərbi bloqer və İrəvandan olan yerli rejissor Arşak Zakaryan “tarix dərsləri” keçir.  
Hətta Andranik iddia edir ki, “ermənilər bizim eranın dördüncü əsrindən Zabuxda yaşayırlar!” 

Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.

Səfərlə bağlı görüntüləri təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO