Sabiq İran rəsmisindən xəbərdarlıq:

Sabiq İran rəsmisindən xəbərdarlıq: "Urmu gölü quruyarsa, Təbriz boşalacaq"

Hazırda oxunan: Sabiq İran rəsmisindən xəbərdarlıq: "Urmu gölü quruyarsa, Təbriz boşalacaq"

88843

İranın Dövlət Ekologiya Təşkilatının keçmiş sədri İsa Kəlantəri Urmu gölü quruyacağı halda Təbrizin tamamilə təxliyə ediləcəyini deyib və bunun 1 trilyon dollara başa gələcəyini söyləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

"Urmu gölü bərpa edilməsə, İranda heç bir hökumət davam gətirə bilməz. Siz milyonlarla insanın köç dalğasının qarşısında dayana bilməzsiniz. İran hökuməti bacarıqsızlığı ucbatından gölü qurutduğu üçün neçəyə başa gəlməsindən asılı olmayaraq onu bərpa etməyə borcludur.

Urmu gölü bərpa olunmasa, milyonlarla insanın həyatı təhlükəyə düşəcək"- deyə keçmiş nazir hökumətə xəbərdarlıq edib.

O, daha öncə su mənbələrinin yanlış idarə edilməsi nəticəsində gölün quruması ilə bağlı edilən xəbərdarlıqlar barədə danışıb və bütün bunlara baxmayaraq hökumətin vaxtında tədbir görmədiyini deyib.

Qeyd edək ki, son statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin tamamlanması gecikdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO