İranda 4 dövlətin iştirakı ilə hərbi təlim keçirilir

İranda 4 dövlətin iştirakı ilə hərbi təlim keçirilir

Hazırda oxunan: İranda 4 dövlətin iştirakı ilə hərbi təlim keçirilir

88839

İran, Rusiya, Belarus və Ermənistanın hərbi hava qüvvələrinin iştirakı ilə İranın Kaşan şəhərində təlimlər keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusunun nümayəndəsi, general Əli Bilali məlumat bildirib.

O deyib ki, 4 dövlətin birgə keçirdiyi hərbi təlimdə əsasən havadan müdafiə taktikası öyrənilir. Hərbi təlimə insansız uçan aparatlar da cəlb olunub.

İran hərbçiləri həmkarlarına bu aparatlardan istifadə qaydalarını öyrədəcəklər.

General diqqətə çatdırıb ki, hərbi təlimlərin məqsədi regionda sülhün qorunub saxlanması, qlobal terrorçuluğa və davamlı təhlükəsizliyin təmin edilməsindən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO