Çempionlar Liqasında bu gün pley-off oyunlarına start veriləcək

Çempionlar Liqasında bu gün pley-off oyunlarına start veriləcək

Hazırda oxunan: Çempionlar Liqasında bu gün pley-off oyunlarına start veriləcək

88765

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.
 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Bütün görüşlər Bakı vaxtı ilə eyni saatda başlayacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Norveçdə "Budö Qlimt"in qonağı olacaq. Zədəsini sağaldan 25 yaşlı hücumçunun bu oyunda meydana çıxması gözlənilir. Emreli ötən il Polşa "Legiya"sının heyətində ÇL-in I təsnifat mərhələsində hazırkı rəqiblərinə 2 qol vurub.
 

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gələcək. Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubunu sınağa çəkəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

16 avqust

23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə)

23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland)

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO