BBC Azərbaycan barədə veriliş hazırladı

BBC Azərbaycan barədə veriliş hazırladı

Hazırda oxunan: BBC Azərbaycan barədə veriliş hazırladı

88749

Britaniyanın BBC televiziyası “Azərbaycanın möcüzələri” silsiləsindən növbəti verilişini təqdim etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, “İpək yolu” adlanan proqramda tarixçi Bettani Hyuzun Qobustan və Şəkiyə səfəri əks olunur.

Səyyah səhraya bənzəyən Qobustan çöllərində 40 min illik qeyri-adi qayaüstü rəsmlər barədə izləyicilərinə məlumat verir.

Daha sonra o, şimala, qədim İpək Yolu ilə səyahət edən tacirlər üçün mühüm dayanacaq olan Şəkiyə gedir və hələ də ənənəvi üsulla ipək istehsal edən toxucularla qarşılaşır. Bettani, həmçinin Şəki xan sarayını araşdırır.

Qeyd edək ki, verilişin yayımı avqustun 20-nə planlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO