Mədəniyyət Nazirliyi rejissorların şikayətini CAVABLANDIRDI: “Bu məsələlərə Kino Agentliyi baxacaq”

Mədəniyyət Nazirliyi rejissorların şikayətini CAVABLANDIRDI: “Bu məsələlərə Kino Agentliyi baxacaq”

Hazırda oxunan: Mədəniyyət Nazirliyi rejissorların şikayətini CAVABLANDIRDI: “Bu məsələlərə Kino Agentliyi baxacaq”

88263

Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqə əsasında istehsalına başlanılmış və  2019-cu ildən bəri yarımçıq qalan filmlərlə bağlı bir neçə rejissorun fikirlərini səsləndirmişdik.

Bizim.Media olaraq məsələnin çözüm yolları üçün Mədəniyyət Nazirliyinin hansı addımlar atacağı barədə nazirliyə sorğu da yollamışdıq.

Mədəniyyət Nazirliyi istehsalı dayandırılmış filmlərlə bağlı sorğumuzu cavablandırıb. 

Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin 16 sentyabr 2020-ci il tarixli, nömrəli əmrinə əsasən “Dövlət sifarişi ilə film istehsalının mövcud vəziyyətinin araşdırılaraq müəyyənləşdirilməsi və ortaya çıxan problemlərin mümkün həll mexanizmlərinə dair rəy və təkliflərin təqdim edilməsi üzrə müstəqil Komissiya” yaradılıb. 

“Sözügedən Komissiya tərəfindən dövlət sifarişi ilə film istehsalının mövcud vəziyyəti araşdırılaraq istehsal planının daha da optimallaşdırılması məqsədilə, eləcə də bəzi film layihələrinin aktuallığını itirməsini nəzərə alaraq, həmin film layihələrinin işlənilərək inkişaf etdirildikdən sonra istehsalına gələcəkdə yenidən baxılması qərara alınıb. Həmçinin Mədəniyyət Nazirliyinin ssenari ehtiyatının formalaşdırılması məqəsədilə 2019-cu ildə keçirilmiş ssenari müsabiqəsinin reqlamentinə əsasən müsabiqədə qalib olan ssenarilərin müəllifləri ilə müqavilə bağlanılıb və layihələr ssenari ehtiyatı üçün satın alınıb. 

Bu gün Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində əsaslı və strateji məqsədyönlü işlər həyata keçirilir, o cümlədən kino sahəsinin kino sənayesinə çevrilməsi ilə əlaqadar infrastruktur, hüquq, kadr siyasəti istiqamətində islahatlar davam edir.

Bununla yanaşı,  qeyd etmək lazımdır ki, kino sahəsində  bir çox problemlər də qalmaqdadır. Əminik ki, cari ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Azərbaycan Respublikası Kino Agentliyi, sözügedən problemlərin həllinə öz töhfəsini verəcək”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO