Qarabağda sülhməramlı qəza törətdi -  4 qadın öldü

Qarabağda sülhməramlı qəza törətdi -  4 qadın öldü

Hazırda oxunan: Qarabağda sülhməramlı qəza törətdi -  4 qadın öldü

88249

Qarabağda Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib.  

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.  

Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısı İ.Y-nın idarə etdiyi “HAVAL H9” markalı avtomobillə Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməni, 1996-cı il əvvəlüdlü E.Y-nin “VAZ-2107” markalı avtomobili ilə toqquşub.  

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Həmin avtomobilin 4 qadın sərnişini isə yerindəcə keçinib. 

İstintaq Komitəsi qəzanın təfərrüatlarını aydınlaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO