Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü H.Məmmədov və 1979-cu il təvəllüdlü S.Abdullayev xəsarət alıblar.
Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Onlara həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. Zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media - Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
00:10 / 12.08.2022
Şəmkirdə iki avtomobil toqquşdu - YARALILAR VAR
Hazırda oxunan: Şəmkirdə iki avtomobil toqquşdu - YARALILAR VAR
Hazırda oxunan: Şəmkirdə iki avtomobil toqquşdu - YARALILAR VAR
88177
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.